Paşinyan Rumıniyaya getdi
Bizi izləyin

Region

Paşinyan Rumıniyaya getdi

Paşinyan Rumıniyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rumıniyaya rəsmi səfərə gedib.

Publika.az xəbər verir ki, Ermənistanın Baş nazirini Buxarest Beynəlxalq Hava Limanında Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Ana Tinca qarşılayıb.

Ermənistan nümayəndə heyətinin tərkibinə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan, Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan və digərləri daxildir.

Səfər çərçivəsində Ermənistan Baş nazirinin Rumıniya Prezidenti Nikusor Dan ilə görüşü planlaşdırılır. Təkbətək və geniş tərkibli görüşdən sonra iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması planlaşdırılır.

Günün ikinci yarısında Viktoriya Hökumət Sarayında Rumıniya Baş naziri Luka Nikulesku ilə görüş planlaşdırılır. İki hökumət başçısı mətbuata açıqlamalar verəcəklər.

Ermənistanın baş naziri Nikol Paşinyan həmçinin Rumıniya Senatının sədri Mirça Abrudeanla görüşəcək.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm