Madurodan şok iddia: Bu iki ölkə təyyarəmizi oğurlayıb
Bizi izləyin

Dünya

Madurodan şok iddia: Bu iki ölkə təyyarəmizi oğurlayıb

Venesuela prezidenti Nikolas Maduro ölkənin yük təyyarəsinin Argentina və ABŞ tərəfindən oğurlandığını iddia edib.

Publika.az xəbər verir ki, mətbuat konfransında Maduro “Emtrasur” aviaşirkətinə məxsus Boeing-747 tipli yük təyyarəsinin Argentinanın köməyi ilə ABŞ tərəfindən ələ keçirildiyini iddia edərək, bunu oğurluq kimi qiymətləndirib.

Maduro məsələ ilə bağlı Argentina prezidenti Xavier Mileiyə sərt reaksiya göstərib:

"Ölkənin ən böyük təyyarəsi qəsb edilib. Venesuelanın iki düşməni var: Bizi müstəmləkə etmək istəyən Şimali Amerika imperializmi və kriminal bürokratiya".

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm