Dünya
Netanyahudan bu ölkənin prezidentinə reaksiya: Hitlerə bənzətməsi "qırmızı xətti" keçdi
İsrailin baş naziri Benyamin Netanyahu Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın İsrailin Qəzzadakı hərəkətlərini Hitlerin yəhudilərə qarşı törətdiyi qətliamla müqayisə etməsinə "qırmızı xətti keçdi", - deyə reaksiya verib.
Publika.az xəbər verir ki, Netanyahu verdiyi yazılı açıqlamada prezident Silvanın sözlərinin utancverici olduğunu deyib. O, bunun Holokostu əhəmiyyətsizləşdirmək və İsrailin özünümüdafiə hüququna zərər verməklə bağlı olduğunu vurğulayıb.
İsrail Xarici işlər naziri Yisrael Katz da Silvanın sözlərindən sonra sosial media hesabındakı paylaşımında Braziliyanın İsraildəki səfirinin qınaq üçün çağırılacağını bildirib.
Katz Silvanın sözlərinin utancverici və sərt olduğunu deyib.
Qeyd edək ki, Braziliya prezidenti Silva İsrailin Qəzzanı işğal etməsini soyqırımı kimi qiymətləndirib və bunu nasist lideri Adolf Hitlerin hərəkətləri ilə müqayisə edib.
Roza Şəfiyeva
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”