Dünya
Tramp 2 milyon cüt ayaqqabı satacaq
ABŞ-ın keçmiş prezidenti Donald Tramp cərimə ödəmək üçün öz brendinin bir milyon cüt ayaqqabısını satmalıdır.
Publika.az xəbər verir ki, bu barədə "Newsweek" yazıb.
Nəşr Nyu-Yorkun hakimi Artur Enqoronun Trampa 355 milyon dollar cərimə ödəməsi və ştatda 3 il müddətinə biznes fəaliyyətinin qadağan edilməsi barədə qərarını şərh edib. Jurnalistlər məbləği biznesmenin özünün “Never Surrender High-Tops” markalı ayaqqabısının qiymətləri ilə müqayisə edərək, onun ən bahalı variantın 889 min cütünü və ya daha ucuz variantın 1,7 milyon cütünü satmalı olduğu qənaətinə gəliblər.
Nəşr həmçinin ştatın vəkili Letitia Ceymsə istinadla yazıb ki, Tramp cərimənin faizi ilə birlikdə 450 milyon dollar ödəyəcək. Qeyd olunur ki, bunun üçün iş adamı təxminən 2,26 milyon cüt idman ayaqqabısı satmalı olacaq.
Qeyd edək ki, fevralın 16-da Nyu-York məhkəməsi Trampı dələduzluqda təqsirli bilib və ona 355 milyon dollar cərimə ödəməyə məcbur edib. Trampın iki oğlu Donald və Erik də təqsirli bilinərək 4 milyon dollar ödəməyə məcbur edilib.
Cəmilə
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
















.png)

















