Dünya
Qazaxıstan bu qətldən danışır - Eks-nazirin xanımını döydüyü DƏHŞƏTLİ KADRLAR
Xəbər verdiyimiz kimi, ötən ilin noyabrında həyat yoldaşı Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri 43 yaşlı Kuandıq Bişimbayevin dünən məhkəməsi keçirilib.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesi zamanı Nukenovanın dünyasını dəyişdiyi gecə cütlük arasında yaranan mübahisənin görüntüləri nümayiş etdirilib.
Görüntülər restoranın videomüşahidə kameraları vasitəsilə əldə edilib.
Bildirilib ki, 31 yaşlı qadının ölümündən bir qədər əvvəl ikili küçədə olub və görüntülərdən onlar arasında mübahisə yaşanması aydın olub.
Eks-nazirlə xanımı arasında mübahisə daha sonra restoranın daxilində davam edib. Kadrlarda qadının ərindən aralı dayanmaq istəməsi, sonuncunun isə ona zərbələr endirərək saçından tutub sürüməsi əks edilib.
Qeyd edək ki, istintaq zamanı keçmiş nazirin qısqanclıq zəminində mütəmadi olaraq arvadını döyməsi müəyyənləşib. Bildirilir ki, qətldən 6 ay əvvəl Nukenova qardaşına döyülmə izləri olan şəklini göndərib, lakin cütlük tezliklə barışıb.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ






























