Rusiya bu ölkənin diplomatını deportasiya edir
Bizi izləyin

Dünya

Rusiya bu ölkənin diplomatını deportasiya edir

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, estoniyalı səfir Jana Vanamolderi nazirliyə çağırılıb.

Bəyanatda Rusiyanın Tallindəki səfirliyində çalışan diplomatın martın 19-da heç bir əsas olmadan “persona-non-qrata” elan edildiyi xatırladılıb.

Bəyanatda deyilir: “Qarşılıqlılıq prinsipinə əsaslanaraq, Estoniya səfirliyin diplomatik əməkdaşının Rusiyadan deportasiya ediləcəyi barədə məlumat verilib. Estoniya tərəfinə onun düşmənçilik fəaliyyətinə hər zaman müvafiq cavab veriləcəyi barədə məlumat verilib”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm