Bu ölkədə 2 nəfər həbs edildi: Rusiyaya casusluq edirmişlər
Bizi izləyin

Dünya

Bu ölkədə 2 nəfər həbs edildi: Rusiyaya casusluq edirmişlər

Almaniya və Rusiya vətəndaşlığı olan iki nəfərin Almaniyada xarici məxfi xidmət agenti olduqları səbəbilə həbs edildiyi bildirilib.

Publika.az xəbər verir ki, Federal Prokurorluğun verdiyi açıqlamaya görə, Ukraynanın şərqində rusiyayönlü separatçılar tərəfindən qurulan "Donetsk Xalq Respublikası (PRD) təşkilatına üzvlük" və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi səbəbi ilə Dieter S. və Alexander J. həbs ediliblər.

Daha əvvəl barələrində həbs qətimkan tədbiri seçilən və nəzarətə alınan iki şübhəli hakim qarşısına çıxarılaraq həbs edilib.

Bundan əlavə, Kriminal Polis İdarəsi şübhəlilərin yaşayış və iş yerlərində axtarış aparıb.

Şübhəlilər məxfi xidmət agentləri olmaqla yanaşı, terror təşkilatına üzv olmaq, partlayıcı maddələr hazırlamaq, təxribat məqsədilə casusluq fəaliyyətləri, hərbi obyektlərin təhlükəsizliyini təhdid edən fəaliyyətlər kimi müxtəlif hərəkətlərdə ittiham olunurlar.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm