Dünya
Corc Soros yeni “rəngli inqilab” üçün Gürcüstana gəlir
Amerikalı maliyyəçi, investor, siyasi fəal, filantrop, "Soros" İdarəetmə Fondunun sədri və “Açıq Cəmiyyət” İnstitutunun rəhbəri Corc Soros Gürcüstana ikigünlük səfər edəcək.
Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, səfərin məqsədi “Açıq cəmiyyət – Gürcüstan” Fondunun 20 illik yubiley tədbirlərindən iştirak etməkdir.
C.Soros 15 noyabrda keçirilən yubiley tədbirlərinə qatılacaq. Artıq bir neçə aydır ki, Açıq cəmiyyət – Gürcüstan” Fondunun yubiley tədbirləri planlaşdırılır. Birinci belə tədbir - mediakonfrans sentyabrda Batumidə keçirilib. Yubiley tədbirlərinin son həftəsində C.Sorosla yanaşı digər xarici qonaqlar da iştirak edəcək.
“Açıq Cəmiyyət” İnstitutunun rəhbəri bundan əvvəl 1-2 dekabr 2012-ci ildə Gürcüstanda ikigünlük səfərdə olub.
Keçmiş SSRİ məkanında “rəngli inqilab”ların memarı kimi tanınan Sorosun Gürcüstana məhz 15 noyabrda gəlməsi müəyyən şübhələrə əsas verir. Belə ki, həmin gün Gürcüstanın əsas müxalifət gücü, sabiq prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” Partiyası Abxaziyanın işğalı və hakimiyyətin fəaliyyətsizliyinə qarşı etiraz aksiyası keçirəcək.
Ömər Dağlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı