Zaxarovadan "oxu atıb, yayı gizlədən" Paşinyana: Ad çək
Bizi izləyin

Dünya

Zaxarovadan "oxu atıb, yayı gizlədən" Paşinyana: Ad çək

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrə qarşı narazılığını izah etməlidir.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat Paşinyanın 2020-ci ildə Dağlıq Qarabağda hərbi münaqişə zamanı KTMT-dən iki ölkənin Azərbaycana kömək etməsi ilə bağlı sözlərini şərh edib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri bu dövlətlərin adını çəkməlidir, çünki söhbət çox ciddi ittihamlardan gedir.

Zaxarova həmçinin prezident Vladimir Putinin "Ermənistanın özünü tərk edilmiş və unudulmuş hiss etməməsi üçün Rusiya əlindən gələni edir" sözlərini xatırladıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm