Natiq Qasımovun ailəsi Prezidentə təşəkkür etdi - FOTO
Bizi izləyin

Sosial

Natiq Qasımovun ailəsi Prezidentə təşəkkür etdi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib.

O bildirib ki, uzun illər sonra qardaşının şəhidlik zirvəsinə ucalmasına ən yüksək qiymət verilib.

“Özüm, ailəm adından ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Qardaşımın qanı yerdə qalmadı, cənab Ali Baş Komandan qardaşımı ən ali fəxri adla mükafatlandırıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm