Vyetnam ABŞ-ın hədəsinə baxmayaraq Putini qəbul etdi: Vaşinqton nədən qorxur?
Bizi izləyin

Dünya

Vyetnam ABŞ-ın hədəsinə baxmayaraq Putini qəbul etdi: Vaşinqton nədən qorxur?

Rəsmi Vyetnam Rusiya prezidenti Vladimir Putinin səfəri ilə əlaqədar ABŞ-ın tənqidlərinə məhəl qoymayıb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" təhlily yazısında qeyd edib.

Şərhdə vurğulanır ki, Vyetnam Cənub-Şərqi Asiyada Ukraynada müharibə başlayandan sonra Rusiyanı qınamayan və neytral status alan dövlətlərdən biri olub.

Məqalədə qeyd edildiyi kimi, Hanoy Moskvanı enerji və silahlar da daxil olmaqla, “strateji müdafiə” və bir sıra sahələrdə dəstəkçi kimi görür. Öz növbəsində Putin bəyan edib ki, Rusiya “vyetnamlı dostlarımız”la ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.

ABŞ Putinin səfəri öncəsi xüsusi xəbərdarlıq edib

İyunun 19-da axşam Putin Vyetnama dövlət səfərinə gəlib. Rusiya prezidenti KXDR-dən Hanoy şəhərinə uçub və orada ölkə lideri Kim Çen Inla tam formatda danışıqlar aparıb. Putinin üç günlük səfərinin son məkanının Vyetnam olacağı gözlənilirdi və belə də oldu.

ABŞ-ın Hanoydakı səfirliyi iyunun 17-də Rusiya prezidentinin Vyetnama gözlənilən səfəri ilə bağlı xəbərdarlıq edib. ABŞ səfirliyinin bəyanatında deyilir: “Heç bir ölkə Putinə onun təcavüzkar müharibəsini təbliğ etmək üçün platforma verməməlidir”.

Vyetnam hökumətinin saytında Putinin səfəri ilə bağlı açıqlama da yer alıb.

“Səfər nümayiş etdirir ki, Vyetnam öz xarici siyasətini müstəqillik, özünə inam, diversifikasiya və çoxtərəflilik ruhunda fəal şəkildə həyata keçirir”, - Asiya ölkəsinin hökumət rəsmiləri bildiriblər.

Rusiya Putinin Vyetnam səfərindən nə qazanır?

Putin Vyetnama səfərini Rusiya və Vyetnam arasında dostluq münasibətlərinin əsas prinsipləri haqqında müqavilənin imzalanmasının 30-cu ildönümündə baş tutacaq simvolik hadisə adlandırıb. Rusiya liderinin sözlərinə görə, bu sənəd ikitərəfli münasibətlər üçün böyük imkanlar açıb və onların gələcək inkişafına təkan verib.

Putin Rusiyanın “Novatek” enerji firmasının Vyetnamda LNG layihələrini işə salmağı planlaşdırdığını bildirib. Rusiya prezidentinin sözlərinə görə, Asiya ölkəsində nüvə elmi və texnologiyası mərkəzinin yaradılması məsələsi də gündəlikdədir. “Rosatom” korporasiyası təkcə tikintidə deyil, həm də kadr seçimində kömək edəcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm