Əfsanəvi kəşfiyyatçıdan Netanyahunu şoka salan şərh: Problem HƏMAS deyil, İsraildir
Bizi izləyin

Dünya

Əfsanəvi kəşfiyyatçıdan Netanyahunu şoka salan şərh: Problem HƏMAS deyil, İsraildir

ABŞ kəşfiyyat aləmində canlı əfsanə sayılan Paul Pillar İsraillə bağlı çox təəccüblü açıqlama verib.

Publika.az xəbər verir ki, “National Interest” (NI) Pilların “Problem HƏMAS deyil” başlıqlı təhlil məqaləsini dərc edib. Pillar İsrailin Baş naziri Benyamin Netanyahunun bir-birinin ardınca kəşfiyyat səhvlərinə yol verdiyini bildirib. O, Netanyahunun Fələstin ərazilərindəki işğal planının həm siyasi, həm hərbi, həm də kəşfiyyat prizmasında böyük uğursuzluğa məhkum olduğunu bildirib.

“İsrail işğalçılıq siyasətini dəyişmədikcə, HƏMAS istər mövcud olsun, istərsə də məhv olsun, şiddətli müqavimətlə qarşılaşmaqdan qaça bilməyəcək”,- məqalədə bildirilir.

Pillar İsrailin yarım əsrdən artıq bir müddətdir İordan çayının qərb sahili və digər Fələstin torpaqlarını işğal etdiyini bildirib. Təkcə bu faktın İsrailin Fələstin siyasətindəki bütün addımlarını alt-üst etmək üçün kifayət edəcəyini vurğulayıb.

O iddia edib ki, kəşfiyyat texnikalarından istifadə edərək HƏMAS-ı məhv etmək mümkün olmayacaq: “HƏMAS bir ideologiyadır, məhv edilə bilən nizami ordu deyil. İsrailin siyasəti yalnız Fələstinin öz müqəddəratını təyinetmə hüququ ilə nəticələnəcək və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar da bu istiqamətdədir”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm