Dünya
Prezident göstəriş verdi: Analıq məzuniyyəti, uşaq bağçası dəstəyi, maaş...
Türkiyədə doğum nisbətləri azaldığı üçün hökümət bir sıra addımlar atmağa qərar verib.
Publika.az xəbər verir ki, ölkədə analıq məzuniyyətinin bir ilə qədər artırılması, maaşların və kirayə haqlarının yaxşılaşdırılması, bağça dəstəyi kimi müraciətlər gündəmə gəlib. Eyni zamanda analar üçün dəstək paketinin təfərrüatları məlum olub. Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, Türkiyədə 2001-ci ildə 2,38 olan doğum nisbəti, 2023-cü ildə 1,51-ə enib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin son 2 iclasında xüsusi olaraq bu mövzuya toxunub. O, bu vəziyyəti fəlakət kimi qiymətləndirib: “Doğum nisbətlərinin azalması bütün dünyada olduğu kimi ölkəmizdə də narahatlıq doğurur. Biz bununla bağlı yeni təcrübələr tətbiq edəcəyik".

Ədalət və İnkişaf Partiyasının Mərkəz Qərar və İdarə Heyətində (AK MKYK) analıq məzuniyyətinin dörd aydan bir ilə qədər artırılması təklif edilib. Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək də məsələyə müsbət baxıb.
“Yalnız analıq məzuniyyəti deyil, qadınlarımız uşaq sahibi olmaq istəyirlər. Uşaq bağçası dəstəyi, işçilərin dəstəyi, kirayə dəstəyi lazımdır. İşləyən qadınlar uşaq sahibi olmaq istəyir, amma baxıcıların xərci ən azı 30-40 min lirədir (təxminən 1500-2000 manat). İkinci, üçüncü uşaq dəstəklənməlidir. Ailə İşləri Nazirliyinin böyük büdcəsi var. Yalnız analıq məzuniyyətini uzatmaq deyil, 0-3 yaş dediyimiz inkişaf mərhələsi də vacibdir", - partiya rəsmiləri bildirib.
Roza Şəfiyeva
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?

































