İdman
ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
2025/26 mövsümünün Çempionlar Liqasının finalında həlledici səhvi “Arsenal”ın müdafiəçisi Qabriel Maqalyaes etmişdi. Bəs qalib komandanın qələbə penaltisini kim vurmuşdu?
Bu, PSJ-nin yarımmüdafiəçisi Lukas Beraldo idi!
Braziliyalı futbolçu Avropanın ən yaxşı klub turnirində ardıcıl ikinci qələbəsini kiminlə qeyd etdi?
Publika.az oxucuları Lukas Belardonun həyat yoldaşı Rafaela ilə tanış edir.




Lukas və Rafaela 2022-ci ilin aprel ayından bəri birlikdədirlər. Belardo hələ peşəkar debütünü etməmişdi: bu, may ayının sonunda, 18 yaşlı yarımmüdafiəçi Copa Sudamericana matçında “San-Paulo” forması ilə meydana çıxdığı zaman baş verdi.
2023-cü ildə Beraldo “San-Paulo”nun start heyətində yer aldı, Braziliya Kubokunu qazandı və 1 yanvar 2024-cü ildə PSJ ilə müqavilə imzaladı.





Onun “Parc des Princes” stadionunda təqdimatı sevgilisinin forması və “2028” nömrəsi ilə poza verən Rafaela ilə birlikdə keçirildi. Bəli, təxmin etdiniz: Beraldonun Paris klubu ilə müqaviləsi daha iki il davam edəcək!
2 024-cü ilin iyul ayında cütlük sakit bir toy etdi, nikah şəhadətnaməsini təmtəraqsız imzaladılar və bayram geyimlərində şəkil çəkdirdilər.
“Sən məni xəyallarımın gerçəkləşə biləcəyinə inandırdın. Hər şeyi daha asan və parlaq etdin, həyatımdakı boşluqları doldurdun. Sən hər cəhətdən mükəmməlsən!”, – Lukas toydan sonra yazdı.





Xəyallar həqiqətən gerçəkləşirdi: Beraldo bütün kuboklarını qazanmaqla yanaşı, həm də Braziliya millisində debüt etdi: 23 mart 2024-cü ildə İngiltərəyə qarşı yoldaşlıq oyununda 90 dəqiqə meydanda oldu.
15 yanvar 2025-ci ildə cütlüyün Benicio adlı oğulları dünyaya gəldi.
İndi isə daha bir kuboku qazandıqdan sonra, Beraldonu meydanda ən sevdiyi iki insan – Rafaela və Benicio şəxsən təbrik edir!






-
İdman22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video
-
Hadisə21:39Qazaxda göldə boğularaq ölən ata və qızın fotosu
-
Elm və təhsil20:48DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz
-
Avropa19:50Yeni Baş nazir işə başlayan kimi Trampa zəng etdi
-
Sosial18:30Özəlləşdirmə çeklərinə görə kompensasiya ödənilməsinə başlanılıb? - Rəsmi açıqlama
-
Magazin215:29Məşhur aparıcıdan Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Yaxın Şərq14:30İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq








.jpg)







.jpg)


















