Yaxın Şərq
Yanacaq dolduran təyyarələr İran sərhədində - Yeni hücum dalğası başlayır?
Təl-Əvivdən havaya qalxan iki "Boeing KC-46A Pegasus" tipli yanacaq dolduran təyyarə İranın hava məkanının yaxınlığında, Fars körfəzinin neytral suları üzərində dövrə vurur.
Publika.az xəbər verir ki, bu barədə Yaxın Şərqin hava dispetçer xidmətlərindəki mənbə TASS-a məlumat verib.
Mənbənin sözlərinə görə, daha bir eyni tipli təyyarə körfəzin qərb sahili rayonunda yerləşir. Bundan əvvəl Pentaqon Hörmüz boğazında "Apache" helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb.
ABŞ Prezidenti Donald Tramp helikopterin İran qüvvələri tərəfindən vurulduğunu və Amerika tərəfinin buna cavab verməli olduğunu bildirib. Bununla belə, "ABC News" kanalına verdiyi müsahibədə ABŞ prezidenti qeyd edib ki, İrana qarşı genişmiqyaslı əməliyyat çox baha başa gələ bilər.
Trampın sözlərinə görə, bu, Hörmüz boğazının daha uzun aylar ərzində bağlanmasına gətirib çıxaracaq çox ciddi addım olardı. Tərəflər arasında memorandumla bağlı aparılan danışıqlar hələlik heç bir irəliləyişə səbəb olmayıb.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc17 Oktyabr 16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq





































