Dünya
Roma Papası Türkiyə ilə bağlı arzusunu dilə gətirdi
![](https://publika.az/storage/2024/06/29/8e2916f7-cb13-403f-add3-69700ef6d45f.jpg?v1720010058)
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk gələn il Türkiyəyə səfər etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə Vatikandan məlumat verilib. Bildirilir ki, Papa bu gün Romada qeyd olunacaq müqəddəs Pyotr və Pavel dini bayramı münasibətilə Fənər Rum Patriarxlığının nümayəndə heyətini qəbul edib.
O, çıxışında gələn ilin Birinci Nikeya Şurasının 1700-cü ildönümü olduğunu xatırladaraq, Nikeaya getmək arzusundan danışıb:
"Bu, mənim səmimiyyətlə etmək istədiyim səyahətdir".
Papa Fransisk bundan əvvəl 2014-cü ildə Türkiyəyə səfər etmişdi. Fransiskdən başqa, 2006-cı ildə Roma Papası XVI Benedikt, 1979-cu ildə Papa II İohann Pavel, 1967-ci ildə isə Papa VI Pavel Türkiyəyə səfər edib.
Roza Şəfiyeva
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Magazin116:24
Xalq artisti kamera qarşısına keçdi - VİDEO
-
Elm və təhsil15:38
Sertifikasiyadan keçən müəllimlərin məzuniyyət pulu belə hesablanacaq
-
Kriminal14:33
Azərbaycanda şok hadisə: Məmur ofsiantla sevgili oldu, rayon-rayon gəzib... - Təfərrüat
-
Dünya13:47
Kiyevə icazə verildi: Rusiyanı VURUN
-
Dünya13:01
Avropa fəlakətin astanasında: müttəfiqlik müharibələri başlayıb, çevriliş gözlənilir
-
Nida Xəbər 12:32
Parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı - Yeniləndi
-
Nəqliyyat12:14
Bu şəxslər güzəştli qiymətlərlə nəqliyyatdan istifadə edə bilər - TƏKLİF
-
Rəsmi xronika11:13
İlham Əliyev Lukaşenkonu təbrik etdi