İspaniya bu ölkəyə ordu yerləşdirdi - Rusiya qorxusu
Bizi izləyin

Dünya

İspaniya bu ölkəyə ordu yerləşdirdi - Rusiya qorxusu

İspaniya NATO-nun Rusiyaya qarşı strategiyasının bir hissəsi olaraq Slovakiyaya ordusunu yerləşdirib.

Publika.az xəbər verir ki, bu barədə yerli "ABC" nəşri məlumat yayıb.

Qeyd olunur ki, İspaniyanın alyansın şərq cinahında mövcudluğu hədsiz dərəcədə artıb.

“Son addım 780-dən çox hərbçidən ibarət kontingentin Slovakiyaya yerləşdirilməsi olub”, - nəşr bildirib.

Bu tədbir NATO-ya “Rusiyaya əzələlərini göstərməyə və Rusiyanı alyansa hər hansı hücumdan çəkindirməyə” kömək etmək üçündür.

Qeyd edək ki, son zamanlar Qərb getdikcə daha çox alyansla Rusiya arasında birbaşa silahlı münaqişədən danışır. Kreml qeyd edib ki, Rusiya təhlükə yaratmır, heç kimə hədə-qorxu gəlmir, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də göz yummayacaq.

Xatırladaq ki, prezident Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın bütün ölkələrlə dialoqa açıq olduğunu təkrarlamış, həmçinin Qərbin Rusiyanın yaxınlaşan hücumundan qorxmasını cəfəngiyyat adlandırmışdı.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm