Vəziyyət gərgindir: nazir ABŞ-a getdi - Umerov və Ostin nəyi müzakirə edib?
Bizi izləyin

Dünya

Vəziyyət gərgindir: nazir ABŞ-a getdi - Umerov və Ostin nəyi müzakirə edib?

Ukraynanın müdafiə naziri Rustem Umerov Vaşinqtonda amerikalı həmkarı Lloyd Ostin ilə danışıqlar aparacaq.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" Pentaqona istinadən məlumat yayıb.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqın sözlərinə görə, Ukrayna və ABŞ müdafiə nazirləri ikitərəfli müdafiə əməkdaşlığı, Kiyev və Vaşinqton arasında tərəfdaşlığın gücləndirilməsi yollarını müzakirə edəcəklər. Tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunacaqlar.

Umerovun ABŞ-a səfəri iyulun 1-də baş tutub. Bu barədə "Politico"nun köşə yazarı Pol Makliri məlumat verib. Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski ilə yanaşı, onun ofisinin rəhbəri Andrey Ermak və energetika naziri German Qaluşenko da ABŞ-a gedəcək.

Bundan əvvəl Ağ Evin Zelenskini NATO sammitinə dəvət etdiyi bildirilirdi. Sammit iyulun 9-dan 11-dək Vaşinqtonda baş tutacaq.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm