Dünya
Çin-ABŞ münasibətləri gərginləşir: Vaşinqton Pekinin etirazlarına məhəl qoymur
Çin ABŞ-la silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı danışıqları dayandırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Çin Qlobal Televiziya Şəbəkəsi (CGTN) məlumat yayıb.
Bildirilib ki, Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien paytaxt Pekində keçirilən mətbuat konfransında ölkələr arasındakı danışıqların ABŞ tərəfindən pozulduğunu bəyan edib: “Çinin qəti etirazına və təkrarlanan bəyanatlarına məhəl qoymayan ABŞ Tayvana silah satmağa davam edir. Üstəlik, Çinin maraqlarına ciddi zərər vuran və qarşılıqlı siyasi etimadı sarsıdan bir sıra mənfi hərəkətlər nümayiş etdirdi”.
O, həmçinin ABŞ-ın Çinin əsas maraqlarına hörmət etməli və iki tərəf arasında dialoq üçün lazımi şərait yaratmalı olduğunu vurğulayıb.
Xatırladaq ki, iki ölkə arasında 2023-cü ilin noyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda eyni mövzu ilə bağlı məsləhətləşmələr aparılmışdı. Çin iyulun 12-də ABŞ-ın Tayvana son silah satışında vasitəçi olduqlarını əsas gətirərək 6 ABŞ müdafiə şirkəti və onların yüksək səviyyəli rəhbərlərinə sanksiya tətbiq edib.
Roza Şəfiyeva
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
-
Hadisə11:37Ramil Səfərovun xanımına vəzifə verildi
-
Maraq dünyası10:56İkona döyüşdə əsgərin həyatını necə xilas etdi?
-
Ekologiya09:32Bakıda sulu qar yağır
-
MDB09:21Əhalinin Yeni il süfrəsi üçün nə qədər pul xərcləyəcəyi açıqlandı
-
Dizayn07:30"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
-
Magazin206:16"Sahtekarlar"da yeni sima - FOTO
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI








.jpg)
























