MDB
Ukraynaya sülhməramlılar gələcək - Rusiya təsdiqlədi
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Svetlana Jurova diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, deputat Lenta.ru-ya bildirib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllində üçüncü ölkələrin sülhməramlı qüvvələri iştirak edəcək.
Onun sözlərinə görə, hansısa qüvvələr müşahidə missiyası ilə çox güman ki, qoşunların çıxarılması prosesini izləyəcəklər. Deputat qeyd edib ki, hazırda sual neçə nəfərin və onların hansı ölkədən olmasındadır. Siyasətçi belə hesab edir ki, mümkün sülh müqaviləsində təsbit olunmuş bu məsələ ilə bağlı əlavə razılaşmalar əldə ediləcək.
"Buna görə də, çox güman ki, hansısa üçüncü tərəfin sülhməramlı qüvvələri ortaya çıxsın. Bəlkə də bu, BMT vasitəsilə əlaqələndiriləcək. Bu, ağlabatan və anlaşılan məsələdir. Xoşagəlməz hadisələrin baş verməsinin qarşısını almaq üçün geri çəkilmə prosesinə qarşılıqlı nəzarət lazımdır", - deyə Jurova bildirib.
Xatırladaq ki, son zamanlar tərəflərin döyüşlərin dayandırılmasına xeyli yaxın olması barədə məlumatlar yayılır. Noyabrın 26-da isə "Politico" qəzeti Britaniyanın Avropa könüllülər koalisiyasının Ukraynaya mümkün qoşun göndərməsi prosesinə çox yaxşı hazırlaşdığını yazmışdı. Açıqlamalar onu göstərir ki, proseslər atəşkəs və ya sülhə doğru gedir.
Tural
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi




















.jpg)













