Dünya
Xüsusi təyinatlılar “Pişik” ləqəbli terrorçunu həbs etdilər - FOTOLAR
Ukrayna Müdafiə Nazirliyinin əks-kəşfiyyat şöbəsinin əməkdaşları uğurlu əməliyyata imza atıblar.
Publika.az xəbər verir ki, bu barədə “Fecebook”dakı səhifəsində Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı Markiyan Lubkivskiy yazıb. Onun məlumatına görə, xüsusi təyinatlılar qondarma “Donetsk Xalq Respublikasının” diversiya qrupunun liderini zərərsizləşdiriblər.
Maraqlıdır ki, “Rusiçi” adlanan qrupun lideri, 1977-ci il təvəllüdlü, kod adı “Pişik” (Kot) olan şəxs ukraynalı xüsusi təyinatlılar tərəfindən elə qondarma “Donetsk Xalq Respublikasının” nəzarət etdiyi ərazidə ələ keçirilib. Bunun üçün ukraynalı hərbçilər mürəkkəb əməliyyat planı işləyib hazırlayıblar.
Həbs edilən “Pişik”in üstündən topoqrafik xəritə, radiovasitələr, silah və mobil telefonlar aşkarlanıb. Xəritədə Ukrayna ordusunun dislokasiya edildiyi ərazilər və blokpostlar qeyd olunubmuş.
Lubkivskiy uğurlu əməliyyatların davam edəcəyini söyləyib: “Bundan əvvəl “Tambov canavarları” dəstəsini ləğv etdik. İndi isə 20 nəfərlik qruplaşmanın liderini ələ keçirmişik. Onların hamısı Rusiyada, FTX düşərgələrində təlim keçiblər”.
İlqar
-
Region13:45
Ermənistanın bir hissəsi su altında qaldı: 1 nəfər öldü, 232 nəfər təxliyə edildi - YENİLƏNDİ
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?
-
Magazin110:00
"Bu dəfə badalağı özün qoyursan ki, bir daha ayağa qalxmasın" - Cabbar Musayev