Rusiyadan müharibə elanı: Türkiyəyə tam dəstək
Bizi izləyin

Dünya

Rusiyadan müharibə elanı: Türkiyəyə tam dəstək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında Ukrayna ordusunun Kursk bölgəsində irəliləyişi və cari məsələlərlə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Zaxarova Ukrayna ordusunun Kursk bölgəsinə hücumlarının Kiyevlə danışıqlar ehtimalını aradan qaldırdığını bildirib. O, Türkiyə ilə bağlı da təəccüblü açıqlama verib.

Sözçü bəyan edib ki, ölkədə baş verən terror aktları, xüsusən də Kurskda əcnəbi muzdlular və xarici hərbi texnika Qərbin Kiyevi dəstəklədiyini sübut edir: “Kursk vilayətinin ərazisinin işğalı Qərbin hərtərəfli dəstəyi ilə həyata keçirilir və onun tərəfindən təsdiqlənir”.

Zaxarova Qərb mediasında NATO ölkələrinin Rusiya ərazisindəki hədəflərlə bağlı kəşfiyyat məlumatlarını Kiyevlə paylaşmadığına dair xəbərlərin olduğuna diqqət çəkib. O, bu yolla NATO üzvü olan ölkələrin hakimiyyət orqanlarının Kiyevin törətdiyi “terror aktları”na görə məsuliyyətdən xilas olmağa çalışdıqlarını iddia edib.

Türkiyə və Suriyanın münasibətləri normallaşdırmaq cəhdlərini şərh edən Zaxarova Ankara və Dəməşqin bu məsələyə önəm verdiyini xatırladıb.

O, münasibətlərin yenidən qurulması üçün Moskvada müxtəlif formatlarda görüşlər keçirildiyinə diqqət çəkib: “Türkiyə-Suriya əlaqələrinin ən yüksək səviyyədə inkişafı üçün bütün məsələlər müzakirə edilərək, ikitərəfli münasibətlərin inkişafı üçün çox yaxşı zəmin yaradıldı. Biz Ankara ilə Dəməşq arasında əlaqələrin, xüsusən də effektivliyini və etibarlılığını dəfələrlə sübut edən Astana formatını təmin etmək üçün yaxın koordinasiyanı daha da inkişaf etdirmək əzmindəyik. Ümumiyyətlə, biz iki ölkə arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm