Qırğızıstandan “Taliban”la bağlı QƏRAR
Bizi izləyin

Dünya

Qırğızıstandan “Taliban”la bağlı QƏRAR

“Taliban” hərəkatı Qırğızıstan Respublikası ərazisində qadağan olunmuş təşkilatlar siyahısından çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu qərar regional sabitliyin möhkəmləndirilməsi və dialoqun davam etdirilməsi məqsədi daşıyır.

"Qırğızıstan Respublikası Əfqanıstanda və bütövlükdə regionda sabitliyin və sülh mühitinin təmin edilməsinə yönəlmiş beynəlxalq ictimaiyyətin səylərini dəstəkləməyə sadiqdir”, - deyə vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm