Blinkendən Livandakı partlayışlara REAKSİYA
Bizi izləyin

Dünya

Blinkendən Livandakı partlayışlara REAKSİYA

ABŞ Dövlət katibi Antoni Blinken Livanda peycerlərin kütləvi partlamasına münasibət bildirib.

Publika.az xəbər verir ki, Blinken mətbuat konfransında hadisənin hansı səbəbdən baş verdiyinin tam aydınlaşdırılmalı olduğunu və ABŞ-ın bunu araşdırmağa davam etdiyini deyib.

“Hadisənin nələrə gətirib çıxaracağını və “Hizbullah” hərəkatının fəaliyyətinə necə təsir edəcəyini bilmirəm”, - deyə o əlavə edib.

Xatırladaq ki, sentyabrın 17-də Livanın müxtəlif bölgələrində peycerlər partlamağa başlayıb. Peycerlərin “Hizbullah” hərəkatının üzvləri tərəfindən geniş istifadə olunduğu güman edilir. Çox sayda cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik bilinməsə də, Livanın hakimiyyət orqanları hadisədə İsraili günahlandırıb.

"Hizbullah" üzvlərinin rabitə qurğularının partladılması nəticəsində 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.

Bu gün isə mobil telefonlar və avtomobil radioları kimi cihazlar partlayıb. Nəticədə 3 nəfər ölüb, 100 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm