Təyyarədə nasazlıq yarandı: Türkiyə ilə İsveç arasındakı görüş təxirə salındı
Bizi izləyin

Dünya

Təyyarədə nasazlıq yarandı: Türkiyə ilə İsveç arasındakı görüş təxirə salındı

Türkiyə ilə İsveç arasında bu gün Ankarada keçirilməsi planlaşdırılan Təhlükəsizlik Mexanizmi toplantısı nazirləri daşıyan təyyarənin xarab olmasından sonra təxirə salınıb. İsveç Xarici İşlər Nazirliyi təyyarənin Stokholma qayıtmalı olduğunu və görüş üçün yeni tarixin təyin olunacağını açıqlayıb.

Publika.az xəbər verir ki, İsveçin xarici işlər naziri Maria Malmer Stenergard və müdafiə naziri Pol Conson Ankara Stokholmun NATO-ya üzvlük təklifini təsdiqlədikdən sonra ilk dəfə Təhlükəsizlik Mexanizmi iclasında görüşəcəkdilər.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, bu gün Ankarada keçirilməsi planlaşdırılan iclasa xarici işlər naziri Hakan Fidan və İsveçin xarici işlər naziri Maria Malmer Stenerqardın sədrlik edəcəyi gözlənilirdi.

Nazirliyin açıqlamasında ilk dəfə keçiriləcək Təhlükəsizlik Mexanizmi toplantısının iki ölkənin qurumları arasında terrorla bağlı əməkdaşlığın təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm