Ermənistan və Fələstin diplomatik münasibətlər qurduqlarını elan etdilər
Bizi izləyin

Region

Ermənistan və Fələstin diplomatik münasibətlər qurduqlarını elan etdilər

Ermənistanla Fələstin arasında diplomatik münasibətlər qurulub.

Publika.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müvafiq kommünike Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.

Həmsöhbətlər regiondakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Ermənistan iyun ayında Fələstin dövlətini tanıyıb və bundan əvvəl BMT-də Fələstin hüquqlarının genişləndirilməsinə səs verib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm