80 min ildə bir dəfə görünən kometa Türkiyə səmasında
Bizi izləyin

Dünya

80 min ildə bir dəfə görünən kometa Türkiyə səmasında

80 min ildən sonra ilk dəfə adi gözlə görünəcək “C/2023 A3” kometası Türkiyə səmasında peyda olub.

Publika.az xəbər verir ki, astrofotoqraflar həyatlarında bir dəfə şahid olacaqları bu təbiət hadisəsini çəkmək üçün gecə boyu Kastamonu şəhərində müşahidə aparıblar.

Kometa (quyruqlu ulduz) cümə günündən bəri günəş doğmadan əvvəl şərq üfüqündə durbin və teleskoplarla müşahidə olunur. Lakin Günəşə çox yaxın olduğu üçün bir neçə gündən sonra yenidən adi gözlə görünəcək.

Bəzi alimlərin proqnozlarına görə, oktyabrın 8-13-də Günəşə ən yaxın olacaq kometanın Günəşin istisi və günəş küləkləri səbəbindən həddindən artıq qızması və parçalanması ehtimalı var. Kometa parçalanmasa, oktyabrın ortalarından gün batdıqdan sonra qərb üfüqündə yenidən müşahidə olunacaq.

Astrofotoqraf Murat Helvacıoğlu bildirib ki, “C/2023 A3” kometası keçən il kəşf edilib və bu il Günəşə yaxınlaşıb: “Bu qaya parçaları Günəşə yaxınlaşdıqda içindəki toz və qazı səpərək quyruq halına gəlir. C/2023 A3 kometası (Tsuchinshan-ATLAS) dövri olmayan kometadır. Buna görə də 80 min illik uzun orbitə malikdir”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm