Ukrayna müdafiə qüvvələrinin Uqledarı tərk etdiyi təsdiqləndi
Bizi izləyin

Dünya

Ukrayna müdafiə qüvvələrinin Uqledarı tərk etdiyi təsdiqləndi

Ukrayna müdafiə qüvvələri Donetsk vilayəti Uqledar şəhərini tərk ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun “Telegram” səhifəsində yer alan məlumatda deyilir.

Məlumata görə, məqsəd şəxsi heyətin və hərbi texnikanın qorunub saxlanması olub.

“Baş komandanlıq şəxsi heyəti və hərbi texnikanı qorumaq və gələcək hərbi əməliyyatların həyata keçirilməsi üçün mövqe tutmaq məqsədilə Uqledardan bölmələrin çıxarılması üçün manevr həyata keçirməyə icazə verib”, - deyə məlumatda qeyd edilib.

Uqledar Donetskdən təxminən 57 kilometr məsafədə yerləşir. Bu ərazidə müdafiə əməliyyatı iki il davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm