Donald Tusk: “Putin bizim üçün strateji problemdir”
Bizi izləyin

Dünya

Donald Tusk: “Putin bizim üçün strateji problemdir”

“Rusiya Avropa Birliyinin strateji partnyoru deyil, daha çox strateji problemdir”.

Publika.az-ın verdiyi məlumata görə, bu sözləri Polşanın keçmiş baş naziri, Avropa Şurasının gələcək prezidenti Donald Tusk “Financial Times” nəşrinə müsahibəsində deyib.

"Putin və bugünkü Rusiya Avropa Birliyi üçün problemdir. Biz anlamalıyıq ki, Rusiya bizim strateji partnyorumuz deyil. Rusiya bizim strateji problemimizdir", - o, bildirib.

Sabiq baş nazir qeyd edib ki, Putin NATO-nun 2008-ci ildə keçirilən Buxarest sammitində Ukraynanın dövlət quruluşunu artıq şübhə altına qoydu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm