Bunu Əfqanıstanda gördük: Türkiyə Zelenskiyə elə bir xəbərdarlıq etdi ki...
Bizi izləyin

Dünya

Bunu Əfqanıstanda gördük: Türkiyə Zelenskiyə elə bir xəbərdarlıq etdi ki...

ABŞ tezliklə Əfqanıstana etdiyi kimi Ukraynaya da xəyanət edəcək və Qərb ölkələri Vladimir Zelenskidən əl çəkəcək.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perinçək deyib.

Onun fikrincə, Ukraynanın Rusiya ilə münaqişədən qalib çıxmaq şansı yoxdur.

“Rus ordusunun uğurları artacaq və Ukraynanın “fiaskosunu” görən Qərb dövlətləri isə dərhal ona xəyanət edəcəklər. Biz bunu Əfqanıstanda gördük. Eyni şey Ukraynada da olacaq”, - deyə Perinçək bildirib.

Üstəlik, onun fikrincə, Qərb öz mənfəətindən narahat olacaq və Kiyev rejiminin başçısından əl çəkəcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm