Zəhərli qara toplar sahili bürüdü: Əhaliyə xəbərdarlıq edildi - FOTO
Bizi izləyin

Dünya

Zəhərli qara toplar sahili bürüdü: Əhaliyə xəbərdarlıq edildi - FOTO

Avstraliyanın Sidney sahillərində görünən zəhərli toplara görə bütün çimərliklər bağlanıb.

Publika.az xəbər verir ki, səlahiyyətlilər bu obyektlərin sağlamlıq üçün təhlükə yaratdığı barədə ictimaiyyətə xəbərdarlıq edib.

Şəhərin şərqindəki Vaverley Bələdiyyə Başçısı Vill Nemesh məsələ ilə bağlı açıqlama verib:

“Şəhərin simvollarından olan Bondi, Bronte və Tamarama çimərlikləri bağlanıb. Cəmiyyətimizin rifahı hər şeydən önəmlidir. Bu səbəbdən də şəhər şurası çimərliklərin bağlanması üçün lazımi tədbirlər görüb”.

Yeni Cənubi Uels Dövlət Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən edilən açıqlamada araşdırmaların davam etdiyini bildirib və əhaliyə toplara toxunmamaqla bağlı xəbərdarlıq edib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm