TUSAŞ terroru ilə bağlı yeni detallar - Sivasdan Ankaraya bu yolla gəliblər
Bizi izləyin

Dünya

TUSAŞ terroru ilə bağlı yeni detallar - Sivasdan Ankaraya bu yolla gəliblər

Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilən terror aktı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Publika.az xəbər verir ki, hücumu həyata keçirən PKK terrorçularının hücumdan əvvəlki gecə Sivasın Kanqal rayonundan Ankaranın Polatlı rayonuna gəldiyi müəyyən edilib.

İki terrorçunu televiziyada görən kimi tanıyan restoran sahibi vəziyyəti rayon polisinə bildirib. Məlum olub ki, hücumdan bir gün əvvəl terrorçular ağ rəngli "Pikap"la Kanqala gəlib, restoranda nahar ediblər.

Əli Örek və Mine Sevjin adlı terrorçular yeməkdən sonra Polatlıya getmək üçün avtobus axtarıblar. Avtobus tapa bilmədikdə taksi ilə yola düşüblər.

Polisin araşdırması ilə taksinin dövlət nömrə nişanı müəyyən edilib və taksi sürücüsü A.O. dindirilmək üçün polis bölməsinə aparılıb.

Terrorçuların Sivasa getdiyi "Pikap"ın isə haradan gəldiyi hələ məlum deyil.

Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın ərazisində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm