İspaniya buna görə İsraillə bağladığı milyonluq müqaviləni ləğv etdi
Bizi izləyin

Dünya

İspaniya buna görə İsraillə bağladığı milyonluq müqaviləni ləğv etdi

İspaniya Daxili İşlər Nazirliyi İsrailin “Guardian LTD” şirkəti ilə təxminən 6,5 milyon avro dəyərində sursat alınması ilə bağlı müqaviləni ləğv edib.

Publika.az xəbər verir ki, nazirlik “Guardia Civil” hüquq-mühafizə orqanı üçün İsrail şirkətindən 6,5 milyon avroya 15 milyondan çox 9 mm güllə alınmasını ehtiva edən müqaviləni ləğv etdiyini açıqlayıb.

Açıqlamada bildirilib ki, İspan hökuməti Qəzza ərazisində silahlı qarşıdurma başlayandan bəri İsrail dövlətinə silah satmamaq öhdəliyini saxlayır: “Bu işdə sursat alışı olsa da, Daxili İşlər Nazirliyi alışın ləğvi ilə bağlı inzibati prosedur başlayıb”.

İspaniya Daxili İşlər Nazirliyi də qeyd edib ki, İsrail şirkətləri də gözlənilən tenderlərdən kənarda qalacaq.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm