Bu ölkə Ukraynanın yolu ilə gedir - Hər şeyi Qərb hazırlayıb
Bizi izləyin

Dünya

Bu ölkə Ukraynanın yolu ilə gedir - Hər şeyi Qərb hazırlayıb

Gürcüstan hazırda ikinci Ukraynaya çevrilir.

Publika.az xəbər verir ki, bunu alman-fin iş adamı Kim Dotkom "X" sosial şəbəkəsində bildirib.

Dotkom Cənub-Şərqi Norveç Universitetinin professoru, politoloq Qlenn Dizenin gürcü xalqının ATƏT-in təsdiq etdiyi seçkilərdə hazırkı hökumətə səs verdiyini, lakin bu şəkildə olmadığını qeyd edən yazısını belə şərh edib: "Necə ki, Qərb dövlətləri istəyirdilər".

Dotkom əlavə edib ki, indi ABŞ və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “qeyri-hökumət təşkilatları” səs azlığının seçkiləri ləğv etməli olduğu prinsipinə sadiq qalaraq, insanları küçələrdə səfərbər edərək öz sözünü deyəcək.

Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidenti Co Bayden Gürcüstanın demokratiyadan geri çəkilməsindən dərin narahatlığını ifadə edib və son səsvermədən sonra respublika hakimiyyətini “seçkilərin bütövlüyünü” bərpa etmək üçün müxalifətlə dialoqa getməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm