Bu terror təşkilatı hər il "ağ ölüm" ticarətindən milyonlar qazanır
Bizi izləyin

Dünya

Bu terror təşkilatı hər il "ağ ölüm" ticarətindən milyonlar qazanır

Avropada narkotik bazarının 80 faizinə nəzarət edən terror təşkilatı PKK hər il "ağ ölüm" ticarətindən ən az 75 milyon manat (1,5 milyard TL) pay alır. Təşkilat üzvləri İran, Əfqanıstan və Pakistandan aldıqları emal olunmamış morfini Şimali İraqdakı düşərgələrdə heroin zəhərinə çevirir.

Publika.az xəbər verir ki, ictimai rəy PKK terror təşkilatının lideri Abdullah Öcalanın saxlanma vəziyyətinin necə olacağı və PKK yaraqlılarına edəcəyi çağırışa yönəlib. Təhlükəsizlik Baş İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin 8 il ərzində hazırladığı əhatəli hesabatlara əlavə olaraq İnterpol və Birləşmiş Millətlər Təşkilatının hazırladığı narkotik hesabatlarında PKK-nın zəhər ticarətindəki rolu təəccüblü şəkildə ortaya çıxır.

Avropa narkotik bazarının 80 faizinə nəzarət edən terror təşkilatları PKK/KCK və PKK/YPG Pakistanda xam istehsaldan tutmuş İraqda distillə edilməsinə qədər narkotik ticarətinin hər mərhələsinə nəzarət edir. Bununla yanaşı zəhər törəmələrinin küçələrdə satışından tutmuş Avropada narkotiklərin vergiyə cəlb edilməsində də iştirak edir.

ABŞ Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən müvafiq idarə narkotik tacirləri elan edilən PKK liderlərinin adını təqdim edib:

Murat Karayılan, Əli Rıza Altun, Zübeyir Aydar, Cəmil Bayık, Duran Kalkan, Remzi Kartal, Sabri Okan, Adem Uzun, Zeynəddin Geləri, Ömər Geleri, Çerkez Akbulut və Ömer Boztepe.

İndiyə qədər hazırlanan hesabatlarda İran və İraqla sərhəd kəndlərdə kilo başına heroin istehsalından PKK və onun uzantı strukturlarının pay almasına, vergi adı altında maliyyə qaynaqlarının yaradıldığına dair sübutlar da var.

Paris Kriminologiya İnstitutu, ABŞ Ədliyyə və Xarici İşlər nazirlikləri, Birləşmiş Millətlər Təşkilatının Narkotiklərlə Mübarizə Proqramı və NATO-nun hesabatlarında qanunsuz narkotik sənayesinin PKK/KCK-nın ən gəlirli cinayət fəaliyyəti olduğu açıq şəkildə ifadə edilir. NATO kəşfiyyat analitiklərinə görə, PKK/KCK-PYD/YPG təkcə heroin qaçaqmalçılığından 100 milyon dollara yaxın gəlir əldə edir.

1980-2022-ci illər arasında Təhlükəsizlik Baş İdarəsinə bağlı bölmələr tərəfindən PKK/KCK-PYD/YPG terror təşkilatına qarşı həyata keçirilən 470 narkotik terror əməliyyatında 1694 şübhəli saxlanılıb. Bu əməliyyatlarda 96 min 289 kq marixuana, 5 min 452 kq heroin, 4 min 315 kq morfin, 80 kq sintetik kannabinoid, 71,2 kq tiryək, 9,4 kq kokain, 4,3 kq metamfetamin, 6980 ədəd ekstazi, 1.962 ədəd captagon, 210 ədəd sintetik dərman, 28 min 348 litr sirkə anhidrid və 121 min 524 ədəd sirr kökü ələ keçirilib.

Jandarma Baş Komandanlığına bağlı birliklər tərəfindən 2016-2023-cü illər arasında terror təşkilatı PKK/KCK-PYD/YPG-nin qanunsuz becərilməsi, narkotik vasitələrin istehsalı və ticarətindən əldə etdiyi gəlirlərə qarşı həyata keçirilən 355 narkotik terror əməliyyatında 1130 şübhəli yaxalanıb. Bu əməliyyatlarda ümumilikdə 53 terrorçu zərərsizləşdirilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm