Magazin1
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbs olunacaq?
Xalq artisti Ağadadaş Ağayev və onunla birgə insident yaratmaqda təqsirləndirilən “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin Ağadadaş Ağayev barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbir ilə əvəz olunması ilə bağlı vəsatəti təmin olunmayıb.
Təqsirləndirilən Ağadadaş Ağayev məhkəməyə gəlməyib. O, səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi ilə bağlı məhkəməyə teleqram göndərib.
Növbəti proses 14 oktyabrda keçiriləcək.
Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti ilə mühafizəçi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.
-
MDB17:52
Ruslara xəbərdarlıq edildi: Defolt dalğasına hazırlaşın
-
Dünya16:47
Ana iki övladı ilə həyatına son qoydu: İntihar, yoxsa qətl?
-
İdman16:20
Əfsanə yeni sevgili tapdı: İkinci dəfə xəyanətdə ittiham olunur - FOTOLAR
-
Rəsmi xronika16:05
İlham Əliyev sərəncam imzaladı
-
Dünya15:35
Gülənin "kürəkənlər çarxı": Korporativ nikahlar vasitəsilə güc və pula nəzarət
-
Magazin115:27
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbs olunacaq?
-
Hadisə14:33
Xəyanətə görə öz evini yandırdı, həmkəndlisini isə alçaldaraq... - Sabirabadda şok olay
-
İdman14:20
Ulduz futbolçunun matça gedərkən özü ilə nə götürdüyünə inanmayacaqsınız - VİDEO