Dünya
Barselonaya da sel gəldi - Video
İspaniyada baş verən daşqınlardan Barselona şəhəri də zərər görüb.
Publika.az “Associated Press”ə istinadən xəbər verir ki, daşqınlara görə səlahiyyətlilər şəhərətrafı dəmir yolu xidmətini dayandırmağa məcbur olub.
İspaniyanın nəqliyyat naziri Oskar Puente 8 milyon əhalisi olan Kataloniyanın şimal-şərqində bütün şəhərətrafı qatarların hərəkətinin dayandırıldığını bildirib.

Daşqın səbəbindən şəhərdə bir neçə magistral yol bağlanıb.
Barselona-El Prat Hava Limanında 70-ə yaxın uçuş təxirə salınıb, 18 uçuş isə başqa istiqamətlərə yönəldilib. Leysan yağışları hava limanının T-1 terminalı və dayanacaq yerlərində də daşqınlara səbəb olub.

İspaniyanın milli meteorologiya agentliyi Barselona üçün qırmızı xəbərdarlıq elan edib.
Həmçinin Kataloniyanın cənubunda, Barselona ilə Valensiya arasında təxminən yarı yolda yerləşən Tarraqona şəhərində yağışlar barədə qırmızı xəbərdarlıq elan edildikdən sonra dərslər ləğv edilib.
Xatırladaq ki, İspaniyada daşqınlar nəticəsində həlak olanların sayı 217-yə çatıb.
(qafqazinfo)


-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?











.jpg)






.png)


















