Dünya
Netanyahu ilə bu 3 məsələdə razılaşmadığı üçün qovulub: Qallant detalları açıqladı
İsrailin keçmiş müdafiə naziri Yoav Qallant baş nazir Benyamin Netanyahu tərəfindən işdən çıxarılması məsələsinə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, Qallant “X” platformasından məsələ ilə bağlı qiymətləndirmələr edib.
O, işdən çıxarılmasının Netanyahu ilə üç məsələdə fikir ayrılığının nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, bunlardan birincisi, onun hərbi yaş dövründə olan hər kəsin hərbi xidmətə getməsi lazım olduğu fikrində olmasıdır.
Qallant İsrailin apardığı müharibədə yüzlərlə əsgərin öldüyünə və bu şərtlər altında hər kəsin İsrail ordusunda xidmət etməsinin lazım olduğuna diqqət çəkib. O, ultra-pravoslav yəhudiləri (Haredim) hərbi xidmətdən azad edən qanun layihəsini “ayrı-seçkilik və korrupsiya” adlandırıb.
Keçmiş nazir işdən çıxarılmasının ikinci səbəbinin Qəzzadakı israilli əsirlərin evlərinə qaytarılması ilə bağlı mövqeyinə sadiq qalması olduğunu bildirib. O, əsirlərin ölkəyə qaytarılmasının tez bir zamanda təmin edilməsinin vacibliyini və bunun mümkün olduğunu vurğulayıb.
Qallant son olaraq qeyd edib ki, üçüncü mübahisəli məsələ 7 oktyabr 2023-cü il hadisələrində hərbi və kəşfiyyat uğursuzluqları ilə bağlı rəsmi istintaq komitəsinin yaradılmasında israrlı olmasıdır.
Roza
-
ABŞ13:06Trampdan sərt xəbərdarlıq: Keçdikləri anda vuracağıq
-
Sosial12:57Azərbaycanda daha bir bayram günün təsis edilir - İş olmayacaq
-
Sosial12:10Bu şəxslərin maaşı artdı
-
Nida Xəbər 11:52Əli Əsədov qərar imzaladı
-
İdman11:34Qadın döyüşçüdən "Playboy" üçün açıq-saçıq - FOTOSESSİYA
-
Nida Xəbər 11:28Kəmaləddin Heydərov təltif edildi
-
İdman11:10"Qarabağ" Koxalskiyə qiymət kəsdi: Bu qədər tələb edəcək - ŞOK İDDİA
-
Sosial09:42Bu gün yüzlərlə ailə sevinəcək - Gözlər saat 11:00-a dikilib














.jpg)



.jpg)
















