Yanacaq daşıyan sistern aşdı, ərazi alova büründü: 30 ölü, 15 yaralı var
Bizi izləyin

Dünya

Yanacaq daşıyan sistern aşdı, ərazi alova büründü: 30 ölü, 15 yaralı var

Yanacaq daşıyan sistern aşdı, ərazi alova büründü: 30 ölü, 15 yaralı var

Misirdə Gizanın Əl-Varraq bölgəsindəki dairəvi yolun yuxarı hissəsində dəhşətli yanğın baş verib.

Publika.az xəbər verir ki, bununla bağlı Misir Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda neft məhsulları daşıyan avtomobil sisterninin aşdığı, hadisə yerinə 39 təcili yardım maşınının göndərildiyi və yanğın nəticəsində 30 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığı bildirilib.

Mülki müdafiə qrupları yanğını nəzarət altına alıb.

Yol bağlanıb və nəqliyyat vasitələri alternativ yollara yönləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm