Dünya
Putinin “Novorossiya” layihəsinin müəllifləri Kremldən uzaqlaşdırılır
Rusiyanın “Novorossiya” layihəsinin müəllifləri Kremldəki postlarından uzaqlaşdırılıb.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Vedomosti” qəzeti öz mənbələrinə istinad edərək bildirib.
Qəzetin yazdığına görə, Luqansk və Donetsk “xalq respublikaları” separatçı qurumlarla işləyən məmurlar vəzifələrindən uzaqlaşdırılır. “Rusiyanın Ukrayna siyasəti ilə məşğul olan Kreml bölməsinin tərkibində kadr dəyişiklikləri olub”, - xəbərdə deyilir.
“Novorossiya” layihəsindən çıxarılanlardan biri prezidentin köməkçisi Vladislav Surkovun nəzarət etdiyi MDB, Abxaziya və Cənubi Osetiya ilə ictimai-iqtisadi əməkdaşlıq üzrə idarədə çalışan Boris Rapoportdur. O, idarənin Donetsk və Luqansk “xalq respublikaları” ilə məşğul olan bölməsində çalışırdı.
İdarənin “Xalq respublikaları” ilə iqtisadi münasibətlər üzrə bölmədə çalışan Vladimir Avdeyenko da vəzifədən uzaqlaşdırılıb. Nəşrin mənbələri qeyd edib ki, “Novorossiya” layihəsində kadr islahatlarının əsas səbəbi böhrandan çıxış üçün hər hansı planın olmamasıdır. Mənbənin sözlərinə görə, belə şərtlər altında işləmək olduqca çətindir.
“Vedomosti” həmçinin bildirir ki, idarənin başçısı Oleq Qovorun hələ postunda işləyir. Rapoport və Avdeyenkodan başqa son vaxtlar idarənin beş-altı adi əməkdaşının da getdiyi bildirilir.
Ömər Dağlı
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi