Dünya
Tramp onlara Putin barədə sual verdi: Zelenskinin “qələbə planı” haqda soruşdu
ABŞ prezidentliyi yarışının qalib Donald Tramp bəzi Avropa liderləri ilə Ukrayna münaqişəsini müzakirə edib, həmçinin onlardan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı” ilə bağlı fikirlərini soruşub.
Publika.az xəbər verir ki, bu barədə "Washington Post" alman yüksək rütbəli məmuruna istinadən yazıb.
Qəzet yazır ki, ABŞ-da keçirilən prezident seçkilərindən bəri Avropa liderləri Ağ Evin yeni seçilmiş rəhbəri ilə əlaqə saxlayıblar. Qeyd olunur ki, onlarla söhbət zamanı Tramp heç bir tələb irəli sürməyib, o, yalnız Ukrayna ilə bağlı suallar verib.
Qəzet Trampla Fransa, Polşa, Danimarka, Çexiya və digər Avropa ölkələrinin liderləri arasında da oxşar müzakirənin aparıldığına aydınlıq gətirib.
Donald Tramp dəfələrlə qeyd edib ki, yenidən Amerika prezidenti seçilərsə, Ukrayna münaqişəsini bir gün ərzində həll edəcək və o, Ukrayna lideri Vladimir Zelenskini getdikcə daha çox silah tələb edən “xalça” adlandırıb. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişə cəmi 24 saat ərzində həll edilə bilməyəcək qədər mürəkkəbdir.
Adəm Abbaslı
-
Magazin221:12Evini 108 milyona satdı - FOTO
-
MDB20:00Lukaşenko Trampın bu təklifinə “HƏ” DEDİ
-
Art19:12“Qırmızı qərənfilləri sevmirəm”
-
Dünya19:00Radarlardan itən helikopterin qalıqları tapıldı
-
Nida Xəbər 18:12Vaqif Allahverdiyevə HÖKM OXUNDU
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…












.jpg)





















