Dünya
Pakistanda tayfalararası qarşıdurma davam edir: Ölənlərin sayı artdı
Pakistanın şimal-qərbində 4 gündür davam edən tayfalararası qarşıdurmada ölənlərin sayı 85-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Hayber-Paxtunxva əyalətinin sözçüsü Məhəmməd Əli Seyf mətbuata açıqlama verib.
O, qeyd edib ki, tərəflərlə danışıqlar və münaqişələrə son qoymaq üçün səylər davam edir.
Noyabrın 21-də yaraqlılar Kürrəmdə şiələri daşıyan sərnişin karvanına silahlı hücum edib və hadisə nəticəsində azı 42 nəfər həyatını itirib. Hücumdan sonra bölgədə şiə və sünni qəbilələri arasında qarşıdurma yaranıb.
Qeyd edək ki, 240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir. Ölkənin Hayber-Paxtunxva əyalətinin mərkəzi Pişəvərdən 218 kilometr aralıda yerləşən Kürrəm bölgəsində şiə və sünni qəbilələri arasında vaxtaşırı toqquşmalar baş verir və bu toqquşmalarda çoxlu insan həlak olur.
Roza
-
Dünya09:48Mərkəzi Banka xəbərdarlıq edildi: Hazırlaşın, kiçik yaşıl adamlar gəlir, xaos yaşanacaq
-
İqtisadi gündəm09:33Pensiya kapitalı nə qədər artırılacaq? - Rəsmi rəqəm elan olundu
-
Maraq dünyası09:00Həyat 101 yaşında YENİDƏN BAŞLAYIR - Uzunömürlülüyün sirləri açıldı
-
Magazin108:00Adriana Lima jurnal üçün çılpaq poza verdi - FOTO
-
Magazin106:46Nazpəri mərhum oğlunun övladını belə təbrik etdi - VİDEO
-
Dünya06:16Müəllim 12 yaşlı şagirdindən uşaq dünyaya gətirdi
-
Dünya05:45Göyərtəsində 400-ə yaxın insanın olduğu BƏRƏ BATDI
-
Avropa03:13Zelenski Avropa Birliyindən görün nə istədi















.jpg)



















