Region
İrandan ABŞ əsgərlərinə ŞOK XƏBƏRDARLIQ - “Ailələrinizlə vidalaşın”
“ABŞ əsgərləri, Amerika Prezidenti Donald Trampın göstərişlərinə əməl edərək İrana qarşı yeni hücum həyata keçirəcəkləri təqdirdə, ailələri ilə vidalaşmağa vaxt tapmalıdırlar”.
Publika.az xəbər verir ki, bu xəbərdarlığı İran İslam Respublikasının Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi sosial mediada yayıb.
“Ümid edirəm ki, əgər ABŞ öz qeyri-adekvat prezidentinin yanlış hesablamalarına uyaraq yenə də səhvə yol veribsə, onda regiondakı əsgərləri artıq ailələri ilə vidalaşmağa macal tapıblar”, - deyə o bildirib.
Yanvarın 23-də Tramp ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilərin “ehtiyat üçün” İran istiqamətində hərəkət etdiyini açıqlayıb. "The Wall Street Journal" (WSJ) qəzeti yazıb ki, ABŞ lideri İrana qarşı güc tətbiqinin “qətiyyətli” variantlarında israr etməkdə davam edir.
2025-ci ilin dekabr ayının sonunda İran milli valyuta — İran rialının kəskin dəyər itirməsi fonunda kütləvi etiraz dalğası ilə üzləşib. Buna cavab olaraq hökumət təhlükəsizlik tədbirlərini sərtləşdirib, polis əməkdaşları isə etirazçılara qarşı gözyaşardıcı qaz və ölümcül silahlardan istifadə ediblər. İran hakimiyyəti baş verən iğtişaşlara görə məsuliyyəti xarici qüvvələrin üzərinə qoyur. İranın Xarici İşlər Nazirliyi etiraz aksiyalarının təşkilində ABŞ və İsrailin iştirakını bəyan edib.
Hüseyn İbadlı
-
Sağlamlıq06:46Qıtlıq olacaq: Hansı dərmanlar tapılmayacaq?
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi

































.jpg)



