Mbappe bu halda “Qızıl top”u qazana bilər: Azar yolunu göstərdi
Bizi izləyin

İdman

Mbappe bu halda “Qızıl top”u qazana bilər: Azar yolunu göstərdi

“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Eden Azar Kilian Mbappenin mövsümün sonunda “Qızıl top”u qazanmaq üçün nə etməli olduğu barədə fikirlərini bölüşüb .

Publika.az xəbər verir ki, Azar bu barədə TF1-də bildirib:

“O, mütləq “Qızıl top”u qazanacaq. Mbappe Çempionlar Liqasını, La Liqanı qazanmalı, ya da Dünya Kubokunda çox irəliləməlidir. Amma təbii ki, gec-tez “Qızıl top”u qazanacaq”.

Bu mövsüm Mbappe bütün yarışlarda 28 oyunda meydana çıxıb, 34 qol vurub və beş məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 200 milyon avrodur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm