Dünya
Bu ölkənin NATO istəyi Türkiyəni hərəkətə gətirdi: Qəbuledilməzdir
Kiprin Yunan administrasiyasının NATO-ya daxil olmaq planları “qəbuledilməzdir və regiondakı kövrək tarazlığı poza bilər”.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Müdafiə Nazirliyindəki mənbə Kipr prezidenti Nikos Kristodulidesin açıqlamalarını şərh edərkən bildirib.
Kristodulides bundan əvvəl Kiprin ən qısa zamanda NATO-ya üzv olmaq niyyətini açıqlamışdı. O, həmçinin qeyd edib ki, ölkə silahlı qüvvələrinin müasirləşdirilməsi və müttəfiqlik standartlarına uyğunlaşdırılması üçün bütün mövcud resurslardan istifadə edir.
Türkiyə Müdafiə Nazirliyindəki mənbə vurğulayıb ki, NATO-nun genişləndirilməsi qərarı bütün üzv ölkələrin milli maraqları nəzərə alınmaqla yekdilliklə qəbul edilir.
“İndiki mərhələdə Cənubi Kiprin Yunan administrasiyasının NATO-ya üzv olmaq üçün müraciət etməsi Türkiyə üçün qəbuledilməz bir addımdır”, - mənbə bildirib.
“Kathimerini” qəzetinin yazdığına görə, Nikos Kristodulides oktyabrda ABŞ prezidenti Co Baydenə NATO ilə yaxınlaşma planını təqdim edib, həmçinin Buxarestdə keçirilən Avropa Siyasi Birliyinin sammitində alyansın baş katibi Mark Rutte ilə müzakirə edib.
Əvvəllər Kipr hakimiyyəti etiraf edirdi ki, NATO-ya üzvlük yolunda ciddi maneələr var. Kipri dövlət kimi tanımayan Türkiyə, onun üzvlüyünə istər-istəməz etiraz edəcək. Bundan əlavə, Kipr hələlik alyansın bəzi standartlarına cavab vermir.
Tural
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı
-
Region10:10Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi
-
Rəsmi xronika10:06Elçin Babayev rektor vəzifəsindən azad edildi
-
Tarix09:58150 il əvvəl batmış gəminin izləri tapıldı - Dənizçilərin sağ qalma hekayəsi
-
Dünya09:15Mənim dostumdur - Trampla Putinin görüşü başladı


































