Dünyada yeni türk dövləti yarana bilər: Mühüm açıqlama
Bizi izləyin

Dünya

Dünyada yeni türk dövləti yarana bilər: Mühüm açıqlama

Dünyada yeni türk dövləti yarana bilər: Mühüm açıqlama

Krım tatar türklərinin milli lideri, Ukrayna parlamentinin üzvü Mustafa Əbdülcəmil Kırımoğlu Krım Muxtar Respublikasının yaradılması ilə bağlı Ukrayna rəhbərliyi ilə razılıq əldə olunduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Kırımoğlunun sözlərinə görə, muxtariyyət məsələsi ilə bağlı bütün hazırlıqlar tamamlanıb.

Lakin davam edən müharibə səbəbindən hazırda Konstitusiyaya dəyişiklik etmək mümkün deyil.

O bildirib ki, gələcəkdə Krım tatarlarının öz muxtar dövləti olacaq və sürgün edilmiş yüz minlərlə krımlı doğma torpaqlarına qayıdaraq öz bayraqları altında yaşayacaq.

Kırımoğlu davam edən sülh danışıqlarına da münasibət bildirib. O vurğulayıb ki, Krım da daxil olmaqla, işğal altındakı bütün Ukrayna əraziləri geri qaytarılmadan ədalətli və davamlı sülhün əldə olunması mümkün deyil. Onun fikrincə, mümkün atəşkəs müharibəyə son qoymaq əvəzinə tərəflərə yenidən hazırlaşmaq üçün vaxt qazandıra bilər.

“Ədalətli sülh yalnız qəsb edilmiş torpaqların geri qaytarılması və törədilmiş qətllərə görə hesab verilməsi ilə mümkündür. Bu fasiləyə Ukraynadan daha çox Putinin ehtiyacı var”, - deyə o vurğulayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm