İsrail ordusu "sarı xətt"i keçdi: Ölənlər var
Bizi izləyin

Yaxın Şərq

İsrail ordusu "sarı xətt"i keçdi: Ölənlər var

İsrail ordusu "sarı xətt"i keçdi: Ölənlər var

İsrail tankları Qəzza zolağının HƏMAS-ın nəzarətində olan mərkəzi hissəsində yerləşən “sarı xətt”i keçərək hərbi əməliyyata başlayıb. Bu, 2025-ci ilin oktyabrında əldə olunan atəşkəs razılaşmasından sonra İsrailin həmin xətti keçərək həyata keçirdiyi ilk quru əməliyyatıdır.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

İsrail ordusu əməliyyatın mərkəzi Qəzzada “sarı xətt”in qərbində HƏMAS-ın infrastrukturunu hədəf aldığını bildirib.

Məlumata görə, Nuseyrat qaçqın düşərgəsinin şimalında intensiv artilleriya atəşi açılıb, bölgədə atışmalar və hava zərbələri qeydə alınıb.

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası İsrail və HƏMAS-ı atəşkəs öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Şuranın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda razılaşdırılan şərtlərlə ərazidəki real vəziyyət arasındakı fərqin atəşkəs üçün əsas təhlükə olduğu bildirilib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm