Dünya
Ukrayna "yanlış ata" mərc edib: Orban Blinkenin təklifini "həyasızlıq" adlandırdı
Kiyev 2022-ci ilin yazında Rusiya ilə sülh müqaviləsi bağlamaqdan imtina edərkən “yanlış ata” mərc edib.
Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosuna deyib.
“Məncə, ukraynalılar "yanlış ata" mərc etdilər, 2022-ci ilin aprelində yanlış strategiya seçdilər”, - dövlət başçısı qeyd edib.
O qeyd edib ki, həmin vaxt Kiyevin Rusiya ilə sülh və ya atəşkəs sazişi bağlamaq imkanı var idi.
"Onlar bunu anqlo-saksonların təsiri altında etmədilər", - deyə Viktor Orban bildirib.
Macarıstanın baş naziri Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenin ukraynalı kişilərin səfərbərlik yaşının aşağı salınması təklifini “həyasızlıq” adlandırıb.
Adəm Abbaslı
-
İKT10:34Məşhur "Kardaşev şkalası" reallaşır? - "SpaceX" orbitə 1 milyon peyk buraxacaq
-
Avropa10:23Latviyada nə baş verir? - Daha bir NATO hərbçisinin meyiti tapıldı
-
Sağlamlıq09:11Bu məhsullar sizi sağlam və gümrah saxlayacaq
-
İdman08:48Fiziyev UFC-dəki növbəti görüşündə məğlub oldu
-
Dünya07:47Dəhşətli qəza: 14 nəfər həlak oldu, çox sayda yaralı var
-
Magazin106:16Göksel Bakıda “Bu qala, daşlı qala” oxudu - VİDEO
-
Sağlamlıq05:15Bir fincanda 15 plastik parça - Bu çayları əsla almayın
-
ABŞ04:14Jirinovskinin adı qalmaqallı sənədlərdə - “Millətçi təlxək”


























.jpg)






