İdman
Bu məşhur klubda narazılıq pik həddə çatdı
İspaniyanın “Rayo Valyekano” klubunda vəziyyət hər keçən gün daha da pisləşir.
Publika.az xəbər verir ki, bu barədə COPE portalı məlumat yayıb.
Futbolçular və məşqçilər korpusu klubun mövcud infrastrukturu ilə bağlı narazılıq edirlər. Onların fikrincə, “Rayo” La Liqada çıxış edən bütün komandalar arasında ən pis şəraitə malikdir.
Futbolçular “Valyekas” stadionunun vəziyyətindən ciddi narahatdırlar və meydançanın durumunu biabırçı adlandırırlar. Paltardəyişmə otaqlarında duşların bir hissəsi işləmir, işlək olanların isə yalnız bəzilərində isti su var. “Osasuna” ilə matçdan sonra həm meydan sahibləri, həm də qonaq komanda su qazanının sıradan çıxması səbəbindən yuyuna bilməyiblər. Bu hadisə klubun prezidenti Raul Martin Presanı təcili şəkildə internet üzərindən usta axtarmağa məcbur edib. Təmir işləri 2400 avroya başa gəlib, lakin vaxtında yekunlaşdırılmayıb.
Mövcud problemlərə stadionla bağlı artıq yaxşı tanınan çatışmazlıqlar da əlavə olunur: çirkab, narahatlıq və azarkeşlər üçün təhlükəsizliyin olmaması. Məşq bazası da komfortlu şərait təqdim etmir. Əsas meydançanın su altında qalması səbəbindən məşqlər dəfələrlə ləğv edilib, digər bəzi meydançalar isə tullantılarla doludur.
Stadion ətrafında yaranan qalmaqal yerli hakimiyyət orqanları səviyyəsində də müzakirə olunub. Onlar artıq mövcud olan yenidənqurma layihəsinin həyata keçirilməsində israr edirlər. Raul Martin Presa isə bu planın reallaşdırılmasının mümkün olmadığını bildirir.
-
ABŞ10:55Mən onunla iş görürəm, o, bossdur – Tramp kimi deyir?
-
İKT10:34Məşhur "Kardaşev şkalası" reallaşır? - "SpaceX" orbitə 1 milyon peyk buraxacaq
-
Avropa10:23Latviyada nə baş verir? - Daha bir NATO hərbçisinin meyiti tapıldı
-
Sağlamlıq09:11Bu məhsullar sizi sağlam və gümrah saxlayacaq
-
İdman08:48Fiziyev UFC-dəki növbəti görüşündə məğlub oldu
-
Dünya07:47Dəhşətli qəza: 14 nəfər həlak oldu, çox sayda yaralı var
-
Magazin106:16Göksel Bakıda “Bu qala, daşlı qala” oxudu - VİDEO
-
Sağlamlıq05:15Bir fincanda 15 plastik parça - Bu çayları əsla almayın



























.jpg)






