Dünya
Üç müxalifət partiyası birləşdi: Ərdoğana qarşı ittifaq yaradıldı
Türkiyə parlamentində təmsil olunan müxalif “DEVA”, “Səadət” və “Gələcək” partiyaları birləşərək parlamentdə fraksiya yaradıblar.
Publika.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
“Səadət” partiyasının başqanı Mahmud Arkan, “DEVA” partiyasının başqanı Əli Babacan və “Gələcək” partiyasının başqanı Əhməd Davudoğlu arasında görüş olub.
Üçtərəfli görüşdə tərəflərin “Hədəf Birliyi” sazişi çərçivəsində birləşərək parlamentə “Demokratik Platforma” adı ilə təqdim olunmasının daha məqsədəuyğun olacağı qərara alınıb.
Bundan əlavə, 3 partiyanın qarşıdan gələn seçkilər zamanı birgə fəaliyyət göstərməsi və ümumi proqram hazırlaması razılaşdırılıb.
Adı çəkilən müxalifət partiyalarının əməkdaşlığı Türkiyədə daha demokratik və islahat gündəmini inkişaf etdirmək məqsədi daşıyır.
Partiyaların birləşməsinin əsasını Ərdoğan administrasiyasının siyasətinə qarşı çıxmaq və yeni siyasi alternativ yaratmaq istəyi təşkil edir.
Xatırladaq ki, Əli Babacan və Əhməd Davudoğlu Türkiyənin keçmiş xarici işlər nazirləri olublar.
Adəm Abbaslı
-
Sosial20:00Bakıda 14 yaşlı qız ANA OLDU - DİN araşdırma aparır
-
Nida Xəbər 19:24Əli Abbasov deputat mandatından məhrum edildi
-
Sosial19:00Paytaxtın bu ərazilərində QAZ KƏSİLƏCK
-
Avropa18:50Xanım mer şəhər şurasının KATİBİNİ DÖYDÜ - Sağlamlığına ciddi ziyan dəyib
-
Sosial18:40Dostlar arasında böyrək davası - “Qardaş kimi ciyərimi də verərəm”
-
Nəqliyyat18:20Bakıda doqquz marşrutun hərəkət sxemi dəyişdiriləcək
-
Dünya18:00Putinin sağlam qidalanma sirri - Hər səhər bunu yeyirmiş
-
Sosial17:40Xəzərdə köməksiz qalan balıqçılar xilas edildi

























.jpg)






